Parlamentdə şok TƏKLİF

12:12 29-11-2022 | icon 480 | Siyasət
Parlamentdə şok TƏKLİF

Qüdrət Həsənquliyev: "Azərbaycanın adı dəyişdirilsin"

 

“İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu yaxınlarda Qarabağdakı qələbəmizin rəmzi “Dəmir yumruğu” öz ölkəsinin bayrağının üzərinə yapışdırıb fotosunu paylaşmışdı”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

 

O bildirib ki, səfir bununla Azərbaycanın hədəfinin Cənubi Azərbaycan olduğuna işarə edib:

 

“Mənim bildiyim qədər ilə, səfir İranın fars-molla rejiminin hüquqlardan məhrum etdiyi Cənubi Azərbaycandandır. O, əslində işarələrlə deyir ki, Prezident İlham Əliyevin “Dəmir yumruğu” Ermənistandan sonra İranın fars-molla rejiminin başına dəyəcək”.

 

Deputat Azərbaycanda Konstitusiya dəyişikliyinin vacibliyini bildirib və ölkənin adının dəyişdirilməsini təklif edib:

 

“Azərbaycanın adı dəyişdirilərək Şimali Azərbaycan olmalıdır. Çünki Azərbaycan Respublikası Bütöv Azərbaycanın cəmi 20 faizini təşkil edir. Dünyada bir çox xalqlar bölünüb və ölkələrin adları da şimal və cənub deyə müəyyən edilib. Məsələn, Şimali Koreya, Cənubi Koreya və sair. Azərbaycanın da adı dəyişdirilməlidir, ictimaiyyət önündə təklif edirəm ki, ölkəmizin adı Şimali Azərbaycan olsun”. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI