Qarabağda erməni uşaqları terrora hazırlanır
Erməni revanşizmi, faşizmi gərginliyi saxlamaq üçün regionda özünün aktivliyini hələ də qoruyur. Azərbaycana qarşı 30 ilə yaxın müddətdə işğalçı siyasət yürüdən, soyqırımlar törədən, milyonlarla azərbaycanlının haqqını, hüququnu tapdalayan, maddi-mədəniyyət abidələrimizi məhv edib, qətliamlar törədən Ermənistan vaxtilə ərazilərimizə köçürülüb burada yaşayan azsaylı ermənilərdən özünə separatçı, terrorçu dəstələr yaradaraq daim təxribat və müharibələr törədərək regionun rahatığını pozmaqdadır. Ermənistan və onun Azərbaycandakı terrorçu dəstələri 44 günlük savaşdan 2 il yarım vaxt keçsə də, 2020-ci il 10 noyabr bəyanatının müddüəlarını yerinə yetirib öz silahlılarını ərazilərimizdən çıxarıb sülh prosesinə adekvat yanaşmır. Əksinə, bir tərəfdən müxtəlif formatlarda keçirilən danışıqlarda Azərbaycan dövlət sərhəddini tanıyır, digər tərəfdən öz ordusu və ərazilərimizdə qalan separatçı dəstələrinin əli ilə hərbi təxribatlar törədir. Qarabağda erməni terrorçuları, Ermənistanın separatçı hərbi bölmələri Laçın, Ağdam və digər ərazilərimizdə silahlı təxribatlar törətməklə qırğınlara səbəb olur. Azərbaycan son erməni təxribatı zamanı keçirdiyi “Qisas 2” əməliyyatında erməni separatçılarının cavabını verməklə bir daha özünün qəti mesajlarını vermiş oldu. O da məlum oldu ki, Ermənistanın hərbi qüvvələri Azərbaycan ərazilərində qalır və Ermənistan nəhayət sülhə gəlib öz qüvvələrini geri çəkilməlidir. Nəhayət beynəlxalq təşkilatlar öz məkirli region maraqlarından əl çəkib sülhün təmin olunması naminə erməni separatizminə qarşı çıxış etməlidir. Əksinə, AVROPA, QƏRB dairələri ermənilərin Azərbaycan sərhdləri daxilində yaratdığı gərginliyi, teror əməllərini “erməni xalqının təhlükəsizliyinin təminatı” ilə bağlı “prosesin” tərkib hissəsi kimi qəbul edib, ölkəmizə qarşı əks qətnaməllər qəbul edir və öz qüvvələrini regiona sızdırmaq istəyirlər. Rusiya özünün hərbi kontingenti ilə Qarabağdadır və bu gün ermənilərin davam edən hərbi təxribatları fonunda gərginliyi saxlamaq niyyətləri açıq görünür. Bütün bunlar azmış kimi, Ermənistan özünün dövlət siyasətində türkə nifrət hissini alovlandıraraq, böyüyən erməni uşaqların əlinə silah verib onlara təlimlər keçirir, Azərbaycana, türkə nifrət hissini böyüdür. Ermənilərin sərhəd təxribatları, Ermənistanın başqa bir dövlətin ərazilərində terror dəstələri saxlaması, sülhdən yayınaraq bu gün də uşaqların əlinə silah verib Azərbaycana qarşı düşmən ruhunda böyütməsi beynəlxalq qurumların, insan hüquq təşkilatlarının diqqətini nədənsə çəkmir? Belə bir geosiyasi reallıqlar fonunda Azərbaycan hansı addımları atmalıdır?
Aqil Məmmədov: “Azərbaycan tərəfi məcburiyyət qarşısında qalsa sonuncu qəti addımı atacaq”
Milli Məclisin deputatı Aqil Məmmədov versus.az-a bildirib ki, Ermənistanın Azərbaycana qarşı bu gün də davam edən hərbi təxribatları, eləcə də balacadan böyüyə qədər Azərbaycana qarşı düşmən mövqedən çıxışları, uşaqların əlinə silah verərək təlimlər keçirmələri erməni xislətinin göstəricisidir. Deputat içərimizdə yaşayan xalq olaraq ermənilərin bu xarakterinin bizə bəlli olduğunu qeyd edib.
“Ermənilər uşaq doğulanda, ağlı kəsəndən türkün ermənilərə düşmən olduğunu təbliğ edir. Bu gün də o tendensiya davam edir. Mövcud məğlub vəziyyətləri onları daha da aqressivləşdrib. Ermənistan indi də böyüyən nəsli türkə düşmən ruhunda yetişdirir”.
Deputat Ermənistanın bu siyasətinin kökündən yanlış olduğunu bildirib.
“Bunlar anlamalıdırlar ki, qonşu dövlətlərlə dinc şəraitdə yaşamaq, böyüyən nəsli məhz sülh, dostluq istiqamətdə təbliğ etmək lazımdır. Ermənistan bu cür müharibə, terrorçu üsulların təbliğatının sonunun nə ilə bitdiyini artıq 44 günük vətən müharibəsində gördü. Qonşularla bu cür yaşamaq olmaz. Qonşuluq siyasətini daim yaşatmaq üçün qarşı tərəf də buna doğru düzgün münasibət bildrib bu istiqamətdə işlər görməlidir. Azərbaycan Ermənistandan aldığı zərbələrə, zərərə rəğmən bu gün də bu ölkəyə sülh əlini uzadır və ərazilərimizdə-Qarabağda yaşayan azsaylı erməni xalqını Azərbaycan qanunlarını qəbul edərək dinc, firavan yaşamağa dəvət edir. Amma biz yenə də təxribatlarla, teroroçu əməllərlə qarşılaşırıq. Ermənistan öz revanşizmini, eləcə də başqa ölkələrdə yaşayan soydaşlarını separatçı, terrorçu təşkilatlara çevirməklə bütün Beynəlxalq konvensiyaları pozur. Erməni uşaqlarının əlinə silah verib onlardan terrorçular hazırlamaları da daha ağır cinayətdir”.
A.Məmmədov qeyd edib ki, Ermənistan həm sərhəddə, həm də Qarabağda təxribatlar törədir, guya Laçın dəhlizinin bağlanması ilə Qarabağda etnik təmizləmə siyasəti aparıldığını bəyan edirlər. Lakin bizə, hər kəs yaxşı bəllidir ki, Laçın Azərbaycan ərazisidir və Ermənistanla sərhəddə sərhəd buraxılış məntəqəsi qurulub və erməni sakinlərimiz həmin yoldan rahatlıqla keçib-gəlir. Maraqlıdır ki, bir çox təşkilatlar da bu absurd yanaşmadan özləri üçün istifadə etməyə çalışırlar. Halbu ki, bu gün Ermənistanda bir dənə də olsun azərbaycanlı yaşarmır və Azərbaycanın tarixi torpaqları olan o ərazilərdə abidələrimiz məhv edilib. Amma beynəlxalq qurumlar bunu da görmür. Bütün bunlara rəğmən Azərbaycan Prezidenti açıq-aşkar bəyan edib ki, erməni sakinləri separatçılığa son qoyub Azərbaycan vərtəndaşlığını qəbul edib, digər millətlərin nümayəndələri kimi Azərbaycan vətəndaşlığını alsalar bütün hüquqlarla təmin olunacaqlar. Amma məlum hərbi təxribatlar göstərir ki, sülhə gəlmək istəmirlər”.
Deputat Ermənistanın çoxdan beynəlxalq konvensiyaları ayaqladığını önə çəkib. Eyni zamanda qeyd edib ki, Ermənistan Azərbayacan ərazilərində yaşayan erməni əhalidən də istifadə edərək 90-cı illərin əvvəllərində 20 faiz torpaqlarımızı işğal elədi.
“Hansı beynəlxalq qanunda yazılıb ki, başqasının torpağında yaşayıb, sonra da oranı işğal edəsən. Ermənistan BMT-nin “Azərbaycan ərazilərini qeyd-şərtsiz işğaldan azad et”məsi ilə bağlı çıxartdığı 4 qətnaməyə məhəl qoymadı. Göründüyü kimi ermənilər hər addmda beynəlxalq konvensiyaları pozur. 2020-ci il 44 günlük savaşda Azərbaycanın qələbəsindən sonra 9-10 noyabrda Azərbaycan, Ermənistan və Rusya rəsmiləri arasında üçtərəfli bəyanat bağlandı. O, sənədə əsasən sülh sazişi bağlanacaq, delimitasiya, demorkasya məsələləri həll olunacaqdı və xüsusilə də burda qeyri-qanuni silahlı erməni birləşmələri çıxarılacaqdı. Bu sənəd də Ermənistan tərəfindən icra edilmədi. Bu gün də 30 il işğal müddətində olduğu kimi müxtəlif bəhanələrlə sülh sazişinin bağlanmasından yayınırlar”.
A.Məmmədli ermənilərin öz havadarlarına ümid etdiyini deyib. Onun fikrincə, erməni havadarları sülhün bərqərar olmasına imkan vermir.
“Digər bir tərəfdən, Ermənistanın müstəqil qərar vermək gücü yoxdur. Ağıllarını başlarına yığıb düşünməlidirlər ki, kənardan müdaxilə edənlər kənarda yaşayır, Azərbaycan isə Ermənistanla qonşu dövlədir. Onlar müstəqil qərar versələr region üçün, elə Ermənistanın özü üçün daha yaxşı olar”.
Deputat bütün bu rüallıqlar fonunda hesab edir ki, sərhəddə atəşkəsi pozan, daxildə təxribatlar törədən tərəfin öz dli ilə danışmağı bacarmaq lazımdır.
“Biz milli mentalitetimizə uyğun olaraq həmişə sülhü təbliğ edib, onun tərəfdarı olmuşuq. Humanist dövlət, humanist xalqıq. Məsələlərə də bu istiqamətdən yanaşırıq. Amma bütün bunlara rəğmən əgər qarşı tərəf bunu başa düşmək istəmirsə, uşaqlarını da müharibəyə hazırlayırsa, başqa torpaqlara iddia edib, türror dəstələrini üstümüzə qaldırırsa, o zaman onu başa düşəcəyi tərzdə başa salmaq lazımdır. Biz bir dəfə bunu etmişik. Azərbaycan tərəfi məcburiyyət qarşısında qalsa sonuncu qəti addımını atacaq”.
Məlahət İbrahimqızı: “Qarabağın işğaldan azad olunması ilə barışmayan qüvvələr hərbi təxribatlarla yalnız özlərinə zərər verəcəklər”
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ermənistanda radikal millətçilərin uşaqların da əlinə silah verib onlara hərbi təlimlər keçirmələrini qətiyyətlə pislədi və beynəxalq təşkilatları buna biganə qalmamağa çağırdı. O, bildirib ki, öz millətinin beynini başqa millətlərə nifrət hissi ilə pozan, gəncliyini, gələcəyini zəhərləyən Ermənistan özünü uçuruma aparır.
“Ermənilər bundan dərs çıxarmalıdır. Qarabağ müharibəsindən bir az öncə Paşinyanın həyat yoldaşı Anna Akopyan da bu “yolu” gedib, gənc erməni qızları toplayıb haralardasa səngərlərdə onlara hərbi təlimlər keçirtdi. Amma nəticədə ayaqlar altında qaldılar. Azərbaycan xalqı milli ordusu torpağımızı işğaldan azad etdi. Bu hadisə onlara dərs olmalıdır. Ermənistanın bu gün uşaqları hərbi təlimlərə cəlb etməsi Beynəlxalq Konvensiyanın bütün madələrinə görə cinayətdir. Ermənistanda I Qarabağ müharibəsindən sonra da belə cəhdlər olub. Beynəlxalq təşkilatlar buna reaksiya verməlidirlər. Ermənistanda Qarabağın işğaldan azad olunması ilə barışmayan qüvvələr hərbi təxribatlarla yalnız özlərinə zərər verəcəklər. Çünki Azərbaycanın dəmir yumruğu həmişə hazırdır”.
Arzu Nağıyev: “BMT-nin uşaq hüquqları ilə bağlı institutları da bu məsələyə özünün münasibətini bildirməlidir”
Milli Məclisin deputatı Arzu Nağıyev sərhəddə, daxilimizdə baş verən erməni təxribatları ilə yanaşı, Ermənistanda revanşizmin güclənməsinin erməni uşaqlarının əlinə silah verilərək hərbi təlinmlər keçirilməsi ilə daha çox müşayət olunduğunu qeyd edib. Onun sözlərinə görə, uşaqların əlinə silah vermək terrorçu təşkilatlara xas bir praktikadır.
“II dünya müharibəsində dükənən faşistlər də bu cür vasitələrdən istifadə edirdilər. Bu gün ermənilərin uşaqların əlinə silah verməsi uşaqlardan qeyri-qanuni istifadədir, beynəlxalq qurumlar da, BMT-nin uşaq hüquqları ilə bağlı institutları da bu məsələyə özünün münasibətini bildirməlidir. Çünki 44 günlük müharibədə, ondan əvvəl də torpaqlarımız işğal altında olanda da biz şahidi olurduq ki, ermənilər uşaqlardan kamikadze kimi istifadə edir”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...