Azərbaycana qarşı formalaşan erməni lobbisinin dağıdıcı fəaliyyəti və...

12:00 08-09-2022 | icon 68 | Siyasət
Azərbaycana qarşı formalaşan erməni lobbisinin dağıdıcı fəaliyyəti və...

Sevil Mikayılova: "ABŞ Azərbaycana etibarlı tərəfdaş kimi baxır"

 

Regionun geosiyasi mənzərəsi Ermənistanın yaratdığı gərginliyin yeni mərhələsinə adlayıb. Bu işdə əsas rol yenə də erməni lobbisinindir. ABŞ-da Azərbaycana hərbi yardımların dayandırılması çağırışları, Livanda səfirliyimizə məfur hücumun təşkili, Fransanın ermənipərəst siyasətçilərinin Laçınla sərhəddə “təşrif buyurması” və s. məqamlar yenidən anti-Azərbaycan güclərin fəallaşdığını göstərir.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Sevil Mikayılova bir çox məsələlərə aydınlıq gətirib.

 

- Sevil xanım, necə hesab edirsiniz, Azərbaycana qarşı dünyada formalaşan erməni lobbisinin bugünkü fəaliyyətinin qaynağı, gücü nədədir?

 

- Uzun illərdir, dünyada Azərbaycana qarşı formalaşan erməni lobbisinin dağıdıcı fəaliyyəti və bunun nəticəsində Cənubi Qafqazda gərginlik ocağının yaranmasının şahidiyik. Bölgədə  Azərbaycana, Türkiyəyə qarşı bir güc formalaşdırmaq və bundan öz məqsədləri üçün yararlanmaqdır. Yəni əslində, erməni lobbisinin əsas məqsədi “böyük Ermənistan” ideyasının irəliyə aparılması, Azərbaycan torpaqları hesabına öz ərazisini genişləndirməsi və Cənubi Qafqazda ümumən anti-türk, anti-islam fəaliyyətini həyata keçirməkdir. Bu fəaliyyətin əsasında duran mənbələr, ona dəstək verən qüvvələr isə təbii ki, bu ideologiyaya xidmət göstərən güc mərkəzləridir. Erməni lobbisinə dəstək verən qüvvələr onlardır. Biz xüsusilə qeyd etməliyik ki, xaricdə yaşayan erməni diasporası özünün həm siyasi dairələrə, həm hökumət dairələrinə, parlamentinə, eyni zamanda, media orqanlarına yaxınlıqları ilə seçilirlər. Bu da təsadüfi deyil. Bu cür güclü orqanlara yaxın olmağın müxtəlif üstünlükləri və yolları var. Bu, sözün əsl mənasında, erməni lobbisini həm mənəvi, həm maddi tərəfdən qidalandırır.

Bu gün Cənubi Qafqazda Ermənistanın alət kimi istifadə olunması da təsadüfi deyil. Biz, əslində onun köklərinə getsək, bu, çox uzun bir tarixdir. ATLANTA layihəsi kimi Cənubi Qafqazda təşəkkül tapmış Ermənistan dövlətinin qarşısında o vaxt da müəyyən bir siyasi tələblər var idi. Müxtəlif tarixi zamanlarda bunlar  bəzən öz istiqamətlərini dəyişiblər. Amma ümumən ideologiya eyni olaraq qalır.

 

- ABŞ-da Azərbaycana hərbi yardımların dayandırılması ilə bağlı yeni kampaniya başladılıb. İkinci “907-ci düzəliş” təhlükəsi varmı?

 

- Birləşmiş Ştatlar və Azərbaycan arasında münasibətlər müstəqilliyimizi əldə etdikdən sonra yüksələn xətlə inkişaf edir. Bəllidir ki, müstəqilliyimizin ilk illərində biz ədalətsiz “907-ci düzəliş”in qəbulu ilə Azərbaycana yardımların dayandırılması kimi qərarla rastlaşmışdıq. Amma sonrdan bu qərarın - “907-ci düzəliş”in dondurulması ilə münasibətlərimizdə tamamilə yeni bir səhifə açıldı. Birləşmiş Ştatlar və Azərbaycan arasında inkişaf edən əməkdaşlıq nəticə etibarilə bu gün də müxtəlif istiqamətlidir və Amerika Azərbaycana hərbi yardımlarını müxtəlif illərlə müqayisədə artırır.  Bunun özü də münasibətlərimzin kifayət qədər anlaşıqlı və səlist olması ilə bağlıdır.

Zaman-zaman Birləşmiş Ştatlarda  Azərbaycana qarşı başladılmış kampaniyalar, təəssüf ki, bu gün də davam edir. Onlar bəzən səngiyir, bəzən daha güclü fazaya daxil olur. Xüsusən, Birləşmiş Ştatlarda ermənipərəst senatorların olması və onların çox açıq şəkildə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləməsi, Azərbaycana qarşı açıq hücumları və məqsədləri mövcud münasibətləri pozmaqdır. Biz bu istiqamətdə əks-fəaliyyətləri görürük. Ümumən söyləmək lazımdır ki, hazırkı reallıqlarda münasibətlərin Dövlət Departamenti səviyyəsində korlanmasına meyillilik sezilmir. Ona görə ki, Birləşmiş Ştatlar Azərbaycana etibarlı tərəfdaş kimi baxır, ilk növbədə, Azərbaycanın antiterror fəaliyyətində  beynəlxalq koalisiyanın Azərbaycanı dəstəkləməsi, eyni zamanda, Əfqanstanda NATO missiyasına verdiyi dəstək, sona qədər Əfqanıstanda bu missiyanı həyata keçirməsi deyilənlərin nümunəsi ola bilər. Eyni zamanda NATO çərçivəsində ABŞ-ın bir tərəfdaş kimi Azərbaycanla  uğurlu fəaliyyəti münasibətlərimizin eskolasiyasna çalışan qüvvələr üçün də bir səddir.

907-ci düzəlişin dondurulması ilə bağlı qərarın geriyə çağırılması təhlükəsi barədə indidən fikir söyləmək tezdir. Amma bunun üçün belə bir şərt yoxdur.

 

- Xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar mütəmadi hal alıb. Livanda yaşanan son hadisə nədən xəbər verir? Beynəlxalq qanunlar belə halların qarşısını almaq üçün hansı tədbirləri görür?

 

- Çox təəssüf ki, Vyana Konvensiyasının şərtləri bir sıra ölkələrdə pozulur. Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumların edilməsi artıq son dövrlərdə mütəmadi hal alıb. Bu cür halların qarşısını almaq üçün biz beynəlxalq birliklərdən qətiyyətli addımların atılmasını gözləyirik. İranda, Livanda, Birləşmiş Krallıqda yerləşən Azərbaycan səfirliklərinə olunan terror aktları radikal erməni lobbisinin fəallaşdığını göstərir.

Bildiyimiz kimi, Azərbaycan terrordan əziyyət çəkən ölkədir. Erməni terroru, xüsusən də ASALA tərəfindən Azərbaycanda törədilmiş terror aktları, 2020-ci il Zəfərimizdən sonra bir sıra ölkələrdə Azərbaycana qarşı, xüsusən Nyu-Yorkda keçirilmiş etiraz aksiyaları və burda qanuna zidd hərəkətlərin olması kimi aqressiv hallar var. Beynəlxalq aləmdən bu cür terror əməllərinin qınanılmasını, kəsərli addımların atılmasını istəyirik. Təbii ki, diplomatik missiya hansı ölkədə yerləşirsə, həmin ölkə bu missiyanın qorunması üçün birbaşa məsuliyyət daşıyır və bu öhdəliyin üzərinə  götürmüş dövlət əgər onu yerinə yetirmirsə, o zaman düşünürük, bu cür hallara qanun müstəvisində qiymət verilməlidir. Erməni radikalizmindən danışırıqsa, xüsusilə erməni diasporasının daha güclü olduğu ölkələrdə çox ehtiyatlı, daha tədbirli olmaq lazımdır. Onlar səfirliklərin qorunmalı olduğunu öz öhtəlikləri kimi dərk edərək lazımi addımların atılmasını və  bu cür halların təkrarlanmamasını təmin etməlidirlər.

 

- Azərbaycana qarşı beynəlxalq müstəvidə müşahidə olunan təzyiqlər və təsirlər Ermənistanın bu günkü durumuna hansı təsiri göstərib?

 

- Azərbaycanla təzyiq dilində danışmaq və onun prinsipial mövqeyinə təsir göstərmək qeyri-mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin kifayət qədər möhkəm iradəsi var və bu iradəni cənab Prezident dəfələrlə müxtəlif səviyyəli görüşlərdə, müxtəlif platformalarda, təşkilatlarda hər zaman sərgiləyib və nəticə göz qarşısındadır. Bu günə qədər Azərbaycanın milli maraqlarına uyğun gəlməyən hansısa bir addımın atılmasına yol verilməyib. Azərbaycana hansısa təzyiq göstərmək istəyən dövlətlər, qurumlar varsa, onlar yanılırlar.  Kiminsə tərəfini tutmaq onaların öz işidir, amma bu tərəfkeşliyin Azərbaycana hansı təsirləri göstərəcəyini də düşünməlidirlər. 

Azərbaycan ümumən beynəlxalq müstəvidə çox fəal, aktiv siyasət həyata keçirdir, xarici siyasətimiz çoxvektorludur. Ölkəmizin beynəlxalq aləmdə dostlarının sayı kifayət qədər çoxdur. Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlət və təşkilatların sayı kifayət qədərdir. Qeyd etməliyik ki, Azərbaycanın həm Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Türkdili Dövətlərin Əməkdaşlıq Təşkilatı və digər qurumlarla uğurlu əməkdaşlığı var və bu, bərəbar hüquqlar üzərində qurulub.

Bəli, bu gün bəzi ölkələri parlamentləri, erməni siyasətinə havadar olan qurumlar tərəfindən Azərbaycana qarşı bəyanatlar qəbul olunur. Nəticə etibarilə Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətini bu cür bəyanatlar heç bir halda məhdudlaşdırmayıb. Ona görə də dövlətimizin mövqeyi açıq, aydındır. Ermənistan, onu dəstəkləyənlərin qarşısında da rəzil bir vəziyyətə düşür. Ermənistan öz xarici siyasətini tənzimləməli və müəyyən korrektələr aparmalı, özünün gələcəyinə aydın baxışları yaratmalıdır. O zaman biz masa arxasında adekvat bir ölkənin olduğunu görəcəyik. Bütün bu təzyiq və təsirlər bu günə qədər necə nəticəsiz qalıbsa, bundan sonra da qalacaq.

 

– Fransanın bölgədəki destruktiv fəaliyyətinin arxasındakı maraqları nəyə yönəlikdir və nə vəd edir?

 

– 2020-ci ildə qazandığımız böyük Zəfərdən sonra Fransanın təktərəfli qaydada Ermənistanı dəstəkləməsi bütün diplomatik xətləri aşdı. Fransa  ATƏT-in Minsk qrupuna üzv dövlət idi və Azərbaycanla Ermənistan arasında mövcud olmuş 30 illik konfliktin həllində vasitəçi kimi fəaliyyət göstərirdi. Vasitəçi dövlətin isə tərəf tutması qeyri-mümkün idi. Fransa bunu etdi. Bu, artıq Fransanın əsl mahiyyəini, məramını ortaya qoydu. Otuz il davam edən münaqişə və ATƏT-in Minsk qrupunun iflasa uğramasından danışırıq. Düşünürük, bu cür tərəf tutan dövlətlə danışıqlar prosesində heç bir nailliyyət əldə etmək mümkün deyildi. Ona görə də danışıqlar dalana dirəndi, Ermənistan danışıqlardan çıxdı  və nəticədə münaqişə hərbi yolla öz həllini tapmış oldu. Bu gün Fransa ciddi-cəhdlə dünyada mövcud olan hazırkı siyasi vəziyyətdə, dünya düzəninin formalaşdırıldığı bir dövrdə Cənubi Qafqaza yerləşmək kimi bir məkrli plan qurub və bu planın mərkəzçi oyunçusu kimi də Ermənistanı görür. Ona görə də ciddi-cəhdlə Ermənistanı  dəstəkləyir. Fransa da uzun illər mövcud olan fəaliyyət göstərən erməni lobbisinin, diasporasının gücündən istiafadə edərək ara-sıra Azərbaycana qarşı çox açıq və ədalətsiz mübarizə aparmaqdadır. Söyləmək lazımdır ki, bu Fransanın heç bir uğura aparmayacaq. Biz bunu dəfələrlə Fransanın nəzərinə çatdırmışıq. Bu məsələ digər dövlətlər tərəfindən də Fransaya eşitdirilib ki, onun yeni bölgədə neokolonialist siyasət aparmaq istəyi Cənubi Qafqazda iflasa uğrayacaq. Ermənistan kimi bir dövlətlə siyasi yola çıxmaq Fransaya heç bir müsbət sonluq vəd etmir.

 

– Beynəlxalq medianın Qarabağ həqiqətlərini birtərəfli və qərəzli formada təqdim etməsi və bu prosesin silsilə hal alması nəyə və  kimə xidmət edir?

 

- Biz ümumən dünyada yeni siyasi düzənin formalaşması və burada yeni güc  mərkəzlərinin yaranmasını qeyd etdik. Cənubi Qafqaza yerləşmək istəyən qüvvələr üç ölkəni öz tərəfinə çəkib və burada yeni bir mühit formalaşdırmaq arzusundadırlar. Ona görə də ara-sıra müstəqil siyasət aparan Azərbaycana təzyiqlər göstərmək istəyirlər və bunu media vasitəsilə edirlər. Bir sıra ölkələrin mətbu orqanlarında silsilə olaraq Azərbaycana qarşı qərəzli yazıların çap edilməsini görürük. Bir sıra media orqanları isə jurnalistika prinsiplərindən kənara çıxaraq, təktərəfli qaydada separatçılığı dəstəkləyən, siyasi,  mənəvi cəhətdən heç bir etikaya sığmayan yazılar, müsahibələr, məqalələr dərc edirlər. Bunun məramı bizə aydındır. Azərbaycan bu cür informasiya hücumlarına öyrəşib. Əsas məsələ odur ki, belə fraqmentar yazılarla dövlətin siyasətini dəyişmək mümkün deyil. Azərbaycana qarşı belə piarın aparılması yolverilməzdir və dövlətimiz tərəfindən buna çox ciddi şəkildə münasibət bildirilir. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI