Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU


Mətin Məmmədli: “Bu, hər hansı qərəzli qətnamənin qəbul olunmasına imkan verə bilməzdi”
BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı keçirilən müzakirələri qərəzli və heç bir hüquqi, iyasi əsası olmayan təşəbbüs hesab edirəm.
Bunu Versus.az-a açıqlamasında politoloq Mətin Məmmədli BMT TŞ-da Azərbaycana qarşı keçirilən müzakirələrlə bağlı bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan antiterror əməliyyatlarını beynəlxalq hüquqla tanınan ərazisində, ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan terrorçu qüvvələrə, qeyri-qanuni hərbi birləşmələrə qarşı həyata keçirdib. Beynəlxalq hüquq və ölkənin maraq və mənafelərinə uyğun keçirilən antiterror tədbirlərinə qarşı BMT TŞ-da hər hansı bir məsələnin müzakirəyə çıxarmaq heç bir normaya sığışmır:
“Nəticələr gözlənildiyi kimi oldu, heç bir qərar qəbul olunmadı. Çünki Fransa ilə BMT TŞ-da təmsil olunan bəzi dövlətlər arasında münasibətlər bu ölkənin təşəbbüsü ilə hər hansı qərarın qəbul olunmasına imkan vermir. Eyni zamanda Azərbaycanın BMT-də tərəfdaşlıq münasibətlərində olduğu daimi və qeyri daimi üzvlər var. Bu faktor da ölkəmizə qaşı hər hansı qərəzli qətnamənin qəbul olunmasına imkan verə bilməzdi. BMT-niin ali orqanında qərəzli qətnamənin qəbul olunması ilk növbədə bu təşkilatın nüfuzuna, statusuna ciddi zərbə vurardı”.
M.Məmmədli Azərbaycanın BMT-də ölkəmizə qarşı planlaşdırılan məqsədlərin həyata keçirilməsinə imkan vermədiyini Fransanın, Ermənistanın növbəti uğursuzluğu kimi dəyərləndirib.
LƏMAN
Versus.az
Xəbər lenti

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
"Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"