“Ermənistanın nə dərəcdə rasional qərar verəcəyini görəcəyik”
Natiq Miri: “Araz yolu alternativ yol kimi düşünülür, amma Zəngəzur yolu…”
44 günülük savaşdan sonra Ermənistan götürdüyü öhtəlikləri yerinə yetirmədikcə iqtisadi layihələrdən kənarda qaır və getdikcə də dalana dirənir. Hazırda Zəngəzur yolu və onun alternativi olan Araz yolunun açılması və bu yolların ferqli tərəfləri və əhəmiyyəti ilə bağlı müzakirələr gündəmi zəbt edir. Ehtimal edilir ki, Araz yolu işə düşərsə Zəngəzur dəhlizinin açılması üçün Ermənistanla danışmağa ehtiyac qalmayacaq. Üstəlik Araz yolunun Ermənistan üçün hansı “yolların” bağlanması hesabına başa gələ biləcəyi də bir mənalı deyil. Zəngəzur və Araz yolunun region üçün fərqi nədir. Araz yolu açılarsa bu, Zəngəzur yolunun açılmasına mane olan Ermənistana nə vəd edir?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Natiq Miri hesab edir ki, Araz yolunun, Zəngəzur dəhlizindən müsbət mənada heç bir fərqi yoxdur.
Onun fikrincə, bu, sadəcə olaraq verilən geosiyasi qərardır:
“Qarabağ münaqişəsinin mövcud olduğu illərdə də bütün qlobal enerji layihələrinin Ermənistandan keçməsinin mümkün olması ilə bağlı məsələ dəfələrlə qeyd olunub. Ermənistan Qarabağla bağlı Azərbaycanın təkliflərini qəbul etmədiyi üçün indiyə qədər bütün qlobal layihələrdən kənarda qalıb. İndi də verilən mesaj budur ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməzsə, Azərbaycan Naxçıvanla gediş- gəliş yolunu Arazın üzərindən salacaq və eyni zamanda bunu həm də regional və qlobal dəhlizə çevrimək imkanını ortaya qoyacaq”.
Politoloq hesab edir ki, Araz yolu İranın maraqlarına uyğundur. Çünki tranzit olaraq böyük pullar qazanacaq. Həm də bu yoldan istifadə edərək özünün ticari, iqtisadi əməkdaşlığını, imkanlarını artıracaq.
Politoloq eyni zamanda qeyd edib ki, Araz yolu həmçinin Ermənistanı Zəngəzur dəhlizinin açılmasına təhrik edən bir addımdır. Əks halda, yolun İrandan Araz yolu üzərindən açılmağının hər hansı bir üstünlüyü yoxdur:
“Əksinə, İran stabil ölkə deyil. İran nə qədər dost görüntüsü yaratsa da, səhnə arxasında hər zaman Azərbaycana düşmən mövqeyi ilə tanınıb və düşünürəm ki, bundan sonra da dəyişən bir şey olmayacaq. Ona görə də bu məcburi davranışdır”.
N.Miri hesab edir ki, bu yol həmçinin Azərbaycan-Tükiyənin birləşməsi, eyni amanda Orta Asiya türk dövlətlərinin bu dəhlizdən istifadə etməklə inteqrasiyanı sürətləndirməyə xidmət edəcək:
“Bu yolun Zəngəzurdan keçməsi Azərbaycan üçün daha sərfəlidir, hər cəhətdən maraqlarına uyğundur. Əgər Fransa kimi dövlətlər bu məsələnin həyata keçirilməsi üçün əngəl olarsa, Ermənistan növbti dəfə yeni kommunikasiya sistemindən kənarda qalacaq. Bu da o deməkdir ki, Ermənistan 80-90-cı illərin inkişaf səviyyəsində də qalmağa davam edəcək. Bu gün Ermənistanı Gürcüstan və Azərbaycanla müqayisə etmək mümükün deyil. Ermənistan 30 il işğal etdiyi Qrabağ torpağında inkişafa nail ola bilmədisə, eyni hərəkəti Ermənistan ərazisində də müşahidə edirik. ona görə də Ermənistan vaxtı uduzatmadan bu prosesə qoşulmağa qərar verməlidir”.
Politoloq bütün hallarda hesab edir ki, hər iki dəhliz variantı Azərbaycanın qane edən məsələdir:
“Heç bir zaman bir dövlətin iradəsindən asılı olmaq olmaz. Çünki münasibətlərin korlandığı təqdirdə bu dəhlizin rahatlıqla bağlanma ehtimalı var. Bu da həm Azərbaycan-Naxçıvan üçün, eyni zamanda qardaş Türkiyə və bu məsələdə geosiyasi maraqları olan ölkələr üçün problemlər yaradacaq. Alternativlər hər zaman olmalıdır. Və Araz yolu alternativ yol kimi düşünülür. Zəngəzur yolunun açılması ilə bağlı məsələni Ermənistan tərəfindən uzadılması mümükün olmayacaq. Yaxın zaman çərçivəsində Ermənistanın nə dərəcdə rasional qərar verəcəyini görəcəyik”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"