Hərbçilərin pensiya yaşı ARTIRILIR

16:08 27-11-2023 | icon 437 | Cəmiyyət
Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisə daxil olub.

 

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.

 

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

 

Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

 

Yuxarıda qeyd olunanlarla yanaşı, qanun layihəsində hərbi qulluqçuların təhsil almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də əks olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Meymunçiçəyinə yoluxma ARTIB

KXDR sirləri açır