Laçında qarın hündürlüyü 50 sm olub

10:17 28-01-2024 | icon 340 | Cəmiyyət
Laçında qarın hündürlüyü 50 sm olub

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qar örtüyünün hündürlüyü: Laçında 50 sm, Qax, Şahbuzda 48 sm, Ordubadda 29 sm, Şəkidə 24 sm, Lerikdə 23 sm, Daşkəsəndə 22 sm, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız, Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı, Naxçıvan, Qubada 10 sm-dir.

 

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, arabir 19 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrdir.

 

Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

 

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək şaxta, dağlıq rayonlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 19 dərəcəyədək şaxta olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

İsrail bəyan etdi...

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Putindən gözlənilməz açıqlama

Növbədənkənar seçki qərarına REAKSİYA