Sabirabadda acınacaqlı durum

10:46 12-02-2024 | icon 196 | Sosial
Sabirabadda acınacaqlı durum

Tövləyə bənzətdikləri tibb məntəqəsi başqa qurumun binası çıxdı

 

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poladtoğay kənd tibb məntəqəsi tövləni xatırladır.

 

Versus.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə tibb məntəqəsində antisanitar vəziyyətin hökm sürdüyü, eləcə də vətəndaşlara xidmətin çox aşağı səviyyədə olduğu iddia edilir.

 

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poladtoğay kənd tibb məntəqəsinin binası yoxdur.

 

Məlumatda qeyd edilib ki, kənddə bir tibb işçisi səyyar surətdə vətəndaşlara xidmət göstərir və ehtiyac yaranarsa, kənd sakinləri Yaxa-Dəllək Ailə Sağlamlıq Mərkəzinə yönləndirilirlər. Tibb işçisi hər ay zəruri dərman və dərman vasitələri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən təmin olunur.

 

Qeyd edək ki, videoda yer alan bina bələdiyyənin balansındadır. Binanın bir otağı əvvəllər vətəndaşlara tibbi xidmət göstərilmək üçün ayrılıb. Ancaq Sabirabad rayonunda 2009-10-cu illərdə baş verən daşqınlar səbəbindən bina yararsız hala düşüb. O müddətdən sonra sözügedən binada xidmət göstərilməyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR