ZAMİQ & ZÜLFİYYƏ - "Sənlə mən"

16:32 01-03-2024 | icon 507 | Şou-biznes
ZAMİQ & ZÜLFİYYƏ - "Sənlə mən"

 

Xalq artisti Zülfiyyə Xanbabayeva ilə müğənni Zamiq Hüseynov bir araya gəlib.

 

Versus.Az xəbər verir ki, cütlüyü bu dəfə birləşdirən səbəb uzun zamandır gözlənilən duetləridir.

 

Məşhurlar "Sənlə mən" adlı lirik nəğməyə romantik klip də çəkdiriblər.

 

Eşq dolu bəstənin sözləri Kəmalə Rüstəmzal, musiqisi isə İsmayıl Əsədova aiddir. Romantik ab - havalı ekran işinin lentə alınması yenə də peşəkar rejissor Emin Muradova və məhz bu layihə üçün Türkiyədən dəvət olunan operator Eren Yıldıza həvalə olunub. Klipdə iki sevən şəxsin həsrət dolu sevgisi təcəssüm olunur. Ekran işi qısa zamanda xeyli bəyəni sayı toplayıb. Hər iki ulduz bu layihələrinin də seviləcəyinin əminliyini ifadə edərək, məhz ruhlarının lirikaya yaxın olduğu üçün belə bir uğurlu iş ərsəyə gətirdiklərini söyləyib.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI