Hacı da olanda, belə Hacı olasan...

13:05 08-04-2024 | icon 360 | Cəmiyyət
Hacı da olanda, belə Hacı olasan...

Xeyirxahlığı təbliğ edək

 

Bir neçə il əvvəlin söhbətidir. Telefonuma zəng vurub dedi ki, illik təhsil haqqını ödəməyə çətinlik çəkən, imkansız, amma namaz qılan bir tələbəyə köməklik etmək istəyir. Kimi məsləhət görürdüyümü soruşdu. Vaxt istəyib araşdırmağa başladım. Bir neçə adamdan soruşandan sonra onun istəyinə uyğun keyfiyyətləri özündə ehtiva edən bir gəncin sorağına düşdüm. Telefon nömrəsini tapıb həmin gəncə zəng vurdum, amma xəttə qoşulan olmadı. Təxminən iyirmi-iyirmi beş dəqiqə ötəndən sonra, həmin nömrədən telefonuma zəng gəldi, titrək bir səslə üzürxahlıq edib namaz qıldığı üçün telefonumu açmadığını söylədi. Xeyli sorğu-sualdan sonra məlum oldu ki, həmin gənc Bakı İslam Universitetində ödənişlə ali təhsil alır. Ailəlidir, kirayədə yaşayır. Söylədiyinə görə, yeni tikililərdə fəhləlik edib ailəsini dolandırır. Tikinti səngidiyi üçün işsiz qalıb, maddi sıxıntılar içindədir. Nə isə, zəng vurmağımın səbəbini bildirib, vaxt təyin etdim və birlikdə Sumqayıtdan Bakıya gəlib, onu Hacıyla görüşdürdüm...

 
 
 
Söylədiyim bu əhvalat, haqqında danışdığım Hacı Azad İsaq oğlu Səlifovun yüzlərlə xeyirxahlığından biridir. Əgər şahidi olduğum xeyirxahlıqlarının hamısını sadalasam, yəqin ki, saatlarla vaxt aparar. Qoy birini də deyim: Düz on ildir ki, Hacı ata-baba yurdu Yardımlıda ailə başçısını itirmiş, iki və daha çox övladı olan ailələri məktəbli formasından tutmuş, yaz, yay, payız, qış- mövsümi paltarlarla təmin edir. İnanın ki, indiyədək minə yaxın geyim vasitələri göndərib desəm, yalan olmaz...
 
 
 
O, 1967-ci ildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Lomonosov adına Moskva Dövlət Universitetinin avtomobil və avtomobil təsərrüfatı fakültəsində ali təhsilə yiyələnib. Bir müddətdən sonra təhsilini davam etdirməkdən ötrü yenidən Rusiyanın Varonej şəhərinə yollanıb. Orada ikinci ali təhsil alıb...
Bütün bunları sıradan bir inanclı yox, iki ali təhsil alan adamın etməsi isə adamı çox sevindirir.
 
 
Deyir ki:- “Əgər əvvəllər Allaha sadəcə inanırdımsa, təhsilim artırdıqca, idrakım, zehnim gücləndikcə Yaradnı dərk edib varlığına əmin oldum. İndi mən yaxşı bilirəm ki, bu dünyada nəyim varsa hamısı Allaha məxsusdur...”
 
 
 
...1997-ci ildən Bakı şəhərində yaşayır. Özəl müəssisələrdən birinin direktorudur. Xeyirxah əməllərinə, yüksək keyfiyyətlərinə görə, onu əhatə edən icyimaiyyət arasında böyük nüfuzu var, xətir-hörməti əzizdir...
Aprelin 9-da Hacı Azadın 57 yaşı tamam olur. Yaşı çox olmasa da, artıq bir neçəildir ki, böyük bir nəslə ağsaqqallıq edir. Bunun da öz səbəbi var. Xeyirxahlıq ona atasından keçib. Atası, rəhmətlik İsaq kişini alicənablığına, xeyirxah əməllərinə görə hələ də ehtiramla xatırlanır...
 
 
Yeni yaşı münasibətilə Hacı Azadı təbrik edir, möhkəm can sağlığı arzulayıram.
 
 
...Bəli, Hacı da olanda, belə Hacı olasan...
 
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI