Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

08:34 09-04-2024 | icon 322 | Mədəniyyət
Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

Son görüntüləri ilə sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olan honkonqlu aktyor Ceki Çan bunun səbəbini açıqlayıb.

 

Bu barədə ulduz özünün “Instagram” hesabında yazıb.

 

Ceki Çan pərəstişkarlarını sakitləşdirib və bunu yeni filmə hazırlığı ilə izah edib.

 

“Mənim personajımın ağarmış saçları, ağ saqqalı və yaşlı görünməsi lazımdır”, - deyə o bildirib.

 

Aprelin 7-də 70 yaşı tamam olan aktyor bu rəqəmlərdən narahat olmadığını və fiziki cəhətdən özünü yaxşı hiss etdiyini bildirib. O, həmçinin “böyük qardaşı” Sammo Hundan “Qocalmaq bir nemətdir” sitatını gətirib.

 

Aktyor ad günündə dostlarının təbrikinə necə reaksiya verdiyini də danışıb:

 

 

“Hər dəfə bu rəqəmi eşidəndə ürəyim bir saniyə dayanır. Artıq 70 yaşım var...” - deyə Çan bildirib.

 

62 illik karyerası barədə isə o, hələ də filmdə çəkildiyi üçün şanslı olduğunu deyib.

 

“Bu fotolara baxaraq, xoş anlar xatırlayıram. Bircə onu deyə bilərəm ki, film çəkməyi və hamınızı sevirəm”, - deyə Ceki Çan sözlərini yekunlaşdırıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI