Türkiyə XİN-dən İsraillə İrana ÇAĞIRIŞ
Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.
Versus.az Türkiyə mətbuatına istinadən xəbər verir nki, bu barədə Türkiyə XİN-nin açıqlamasında deyilir.
Qeyd olunub ki, İsrailin beynəlxalq hüquqa zidd olaraq İranın Dəməşqdəki səfirliyinə hücumu ilə başlayan gərginliyin son hadisələrdən sonra bitməyən qarşıdurmaya çevrilməsi riski var:
“Hadisələri yaxından izləyirik. Beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır”.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...