Bu meyvə qocalığın qarşısını alır
Nar və nar şirəsi müəyyən yaşlanma proseslərinin yavaşlamasına səbəb olur.
Versus.Az xəbər verir ki, bu qənaətə İsveçrə Bioinformatika İnstitutu və Lozanna Politexnik Məktəbinin bir qrup mütəxəssisi gəlib.
Aparılan müşahidələr nəticəsində urolitin A maddəsi 50 yaşa çatarkən gücünü itirməyə başlayan əzələlərdə mitoxondrilərin funksiyasını gücləndirir. Bu maddə nar şirəsində və bəzi taxıllarda var.
Qeyd olunur ki, müşahidələr 60 nəfər yaşlı üzərində 28 gün ərzində aparılıb.
Xəbər lenti
Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI
"Ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib"