"İran rejimi də bu dəyişikliklərin qurbanı olacaq"

16:19 21-12-2022 | icon 446 | Geopolitika
"İran rejimi də bu dəyişikliklərin qurbanı olacaq"

 

 

“İranın Azərbaycana münasibəti birmənalıdır və II Qarabağ müharibəsindən sonra regionda geosiyası dəyişiklikləri qəbul etmir”.

 

 

Versus.az xəbər verir ki, bunu  siyasi şərhçi Məhəmməd Əsədullazadə İran -Azərbaycan münasibətlərinə diqqət çəkərkən bildirib.

 

İranın Ermənistanla siyasi əməkdaşlığı genişləndirdiyini bildirən M.Əsədullazadə bunun məhz Azərbaycan əleyhinə işlədiyini qeyd edib:

 

"İran Azərbaycanın cənub bölgəsində iki böyükmiqyaslı təlimlər keçirdib. Təbii ki, Azərbaycan buna cavab verməli idi və xüsusi təyinatlılar vasitəsi ilə təlim keçirtdi. Bu təkcə İrana deyil, Ermənistana da dərs olmalıdır. İran daxilində etirazların baş qaldırmasına baxmayaraq, sosil-siyasi sabitsizliyinə baxmayaraq İranın Azərbaycana qarşı düşmənçiliyi davam edir. İran Azərbaycana qarşı düşmənçiliyini daxili auditoriya üçün də istifadə edir”.

 

M.Əsədullazadə İranda baş verənləri tamamilə gözlənilən hesab edib:

 

"Geosiyasi proseslər yeni məcraya daxil olub. Böyük gərginliklər və regionda yeni dəyişiklər gözlənilir və İran rejiminin də bu dəyişikliklərin qurbanı olacağını istisna etmirəm. Ümumiyyətlə, İran rejimi nə qədər antiazərbaycan siyasəti həyata keçirərsə, bu, öz əleyhinə çevriləcək. Çünki ABŞ, Qərb də bu məsələdə Azərbaycanın yanındadır. İranın Azərbaycana aqressiyası öz əleyhinə çevriləcək. İran əlbəttə ki, bu təlimlərdən öz cavabını aldı. İranın bundan sonra təlimlər keçirməsi absurddur. Bu gün İran Azərbaycan əlaqələri elə səviyyəyə gəlib çıxıb ki, İran-Azərbaycan münasibətlərinin yaxşılaşması yaxın perspektivdə görünmür".

 

Tahirə

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər