“Bu seçkilər Azərbaycan cəmiyyətinin gücünü göstərdi"

13:05 12-02-2024 | icon 154 | Siyasət
“Bu seçkilər Azərbaycan cəmiyyətinin gücünü göstərdi"

Aydın Quliyev: “Seçkidən sonra Azərbaycanın bölgədə sülh və təhlükəszilik rolu artacaq”

 

“Bu seçki Azərbaycan dövləti və cəmiyyətinin eyni mövqedə olduğunu ortaya qoymaqla gücünə güc qatdı. Bu, Azərbaycan dövlətinin bölgədə təhlükəszilik və sabitliyin təminatçısına çevrildiyini şərtləndirdi. Seçkidən sonra Azərbaycanın bölgədə sülh və təhlükəszilik rolu artacaq”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev növbədənkənar seçkilərin nəticəsi və Cənubi Qafqazdakı proseslərə təsiri ilə bağlı açıqlamasında bildirib.

 

A.Quliyev 7 fevral seçkilərinin bir sıra özəl xüsusiyyətləri ilə diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, seçkinin ilk dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi şəraitində və sərhədlərimizin təhlükəsizliyinin tam təminatı altında keçirilməsi, onun gücünü daxili və beynəlxalq imicini xeyli dərəcədə yüksəldir:

 

“Bu seçkilər Azərbaycan cəmiyyətinin gücünü göstərdi. Son üç ildə Prezidentin apardığı siyasət, antiterror tədbirləri, Xankəndidə separatçı yuvanın ləğv edilməs,i Azərbaycan cəmiyyəti tərəfindən lazımi dəyərini aldı və seçkinin nəticəsi olaraq dövlətin siyasətinə qiymət verdi. Bu seçki bölgədə Azərbaycanın mövqeyini xeyli möhkəmləndirəcək. Ona görə ki, güclü, sabit Azərbaycanın bu bölgədə daha güclü təhlükəszilik faktoru olduğu bizə məlumdur. Azərbaycan zəif olanda Cənubi Qafqazda dayanıqlı sabitlik yox idi, müharibə ocağı görünürdü. Ancaq güclü olandan sonra bölgədə təhlükəszilik və sabitliyin qarantına çevrildi”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK