Paşinyan Rusiyanı seçim qarşısında qoyur

15:44 14-03-2024 | icon 665 | Geopolitika
Paşinyan Rusiyanı seçim qarşısında qoyur

Vüqar Dadaşov:

 

"Ermənistan baş naziri Nikol Paşinyanının bu gün Yerevanda mətbuat konfransında Ermənistan KTMK münasibətlərin davamının şərtləri barədə verdiyi açıqlamanı, bir başa provakasion təhrik xarakterlidir və sözsüz ki, bir neçə məqsədi hədəfləyir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mili Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.

 

V.Dadaşov qeyd edib ki, Paşinyan Fransa başda olmaqla öz Qərb havadarlarının ssenarisi ilə Rusiyanı konkret seçim qarşısında qoyur, hansı ki, hər iki halda vəziyyətin gərginləşməsinə səbəb olur:

 

"Birinci halda, əgər Rusiya KTMK qismində Ermənistanın tələbini yerinə yetirərsə, təbii ki, prosesdə Azərbaycan və Türkiyə hərbi toquşmaya getməli olur. Nəticədə, Ermənistan müəyyən dividentlər qazanmaqla Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibəti əsaslı dərəcədə dəyişir. Rusiyanın cənub nəfəsliyi bağlanır, Zəngəzur dəhlizinin açılma ehtimalı sıfırlanır. Rusiya təklənir, konflikdən uduşlu ancaq Qərb çıxır. Ermənistanın isə Rusiyanın nızarətində qalması Qərb üçün heç bir əhəmiyyət daşımır. Çünki, bu planın ilk mərhələsi kimi, Rusiyanın daha da zəifləməsini sürətləndirir".

 

Hüquqşünasın fikrincə, ikinci halda isə Rusiya Ermənistanı tərk edərsə, yenə də Fransa başda olmaqla Qərb udur və Ermənistan timsalında Qafqazda oturuşur:

 

"Qərbin "təklif" etdiyi bir təklifin iki halında da Rusiya uduzan, Qərb isə udan tərəfdir. Yeri gəlmişkən, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması barədə müraciətin daxil olmasını Rusiya prezidentinin sözcüsü Dmitri Peskov etiraf edib. Ona görə də Rusiya Ermənistanla bağlı öz sonuncu planı ilə hərəkət etmək məcburiyətində qalır - Ermənistanda hakimiyyət dəyişiliyinə gedir. Paşinyan hakimiyyəti dövrünün Rusiya ilə bağlı mərhələli fəaliyyətini yekun fazası daxil olub. Artıq Paşinyan hakimiyətinin dövrü məntiqi sonluğuna yaxınlaşır".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI