“Le Fiqaro” Makronu dilindən tora saldı

15:10 29-03-2024 | icon 223 | Siyasət
“Le Fiqaro” Makronu dilindən tora saldı

Aydın Quliyev: “Makronun apardığı siyasət irticaçı xarakterlidir və bunu Qərbdəki müttəfiqləri də dərk edir”

 

“Fransız mətbuatının Makronun dilindən yazığı yazılar onu “dilindən tora” saldı. Çünki qəzet Makronun ermənilərlə səmimi münasibətini göstərməklə bərabər, antiAzərbaycan, antiQafqaz, antisülh siyasətinin ifşa edir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Yelisey sarayının tezisləri ilə işləyən “Le Fiqaro” qəzetinin Azərbaycana qarşı növbəti hücumları, Azərbaycan dövlətinə qarşı sərgilədiyi qərəz, aqressiya ilə bağlı açıqlamasında bildirib.

 

 

A.Quliyev hesab edir ki, belə qərəzli, hücum xarakterli yazılar fransız auditoriyasına öz liderini tanıması üçün yeni imkan yaradacaq. Fransa ictimaiyyəti bununla fərqinə varmalıdır ki, Makronun apardığı siyasət onun hədəflədiyi dövlətlərdən çox özünə ziyan vuracaq.

 

A.Quliyev hesab edir ki, Fransa mətbuatında Makronun Qafqazda antisülh siyasəti ilə bağlı yazıların dərc olunması yeni hadisə olmaqla yanaşı, tarixin təzahürüdür. Onun fikrincə, bu, müəyyən mənada dünyanın başqa bölgələrində, o cümlədən Cənubi Qafqazda Azərbaycanın indiyə qədər apardığı informasiya fəaliyyətinin nəticəsi sayıla bilər:

 

“Fransa mediasının Makron haqqında yazdığı məqalə onun Qafqazda sülh əleyhinə təhlükəli siyasət aprdığını bəyan edir. Qəzet Makronu ermənipərəst siyasət aparan ən səmimi, ardıcıl lider kimi göstərərkən, əslində onun işğalçı məfkurəsini ifşa edir. Bu məqalə Makronun Fransada oturaraq dünyanın müxtəlif bölgələrində, eləcə də Qafqazda sülhün bərpa olunmasına qarşı necə çalışdığı və ardıcıl planlar həyata keçirdiyi təsəvvürünü yaradır. Eyni zamanda qəzetdə Makronun Azərbaycan siyasətinə qarşı beynəlxalq konfrans çağırmaq planının baş tutmaması göstərilməklə, ilk dəfə məhz ABŞ-ın bu məsələdə Fransaya dəstək verməməsi ilə Makronun planının pozulduğu deyilir. Dolayısı ilə bu yazının altında Makronun əslində gücsüz, zəif, bacarıqsız bir lider kimi ortalığı qarışdırdığı görünür. Eləcə də Makronun Azərbaycana, Qafqazda sülhə qarşı hazırladığı planları müzakirə etmək üçün Roma papası ilə görüşmək cəhdi və bu görüşə milliyyətçə erməni olan yazıçını aparması təəşəbbüsünün alınmaması ilə bağlı qeyd olunan məqamlar göstərir ki, Makronun apardığı siyasət irticaçı xarakterlidir və bunu Qərbdəki müttəfiqləri də dərk edir”.

 

LƏMAN
versusaz

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI