Bakıdakı qətlin DETALLARI

13:54 10-05-2024 | icon 245 | Hadisə
Bakıdakı qətlin DETALLARI

Övladlarının gözləri önündə etmədiyi qalmadı

 

2023-cü il avqustun 5-də Xutor qəsəbəsində törədilən qətllə bağlı bəzi məqamlara aydınlıq gətirilib.

 

Məlum olub ki, kirayədə yaşadığı evdə meyiti tapılan Tacirə Salmanova qeyri-rəsmi münasibətdə yaşadığı 1989-cu il təvəllüdlü, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Teymur Məmmədov tərəfindən öldürülüb.

 

Cinayət faktı Nərimanov Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Teymur hadisədən 14 gün əvvəl həbsxanadan şərti azadlığa buraxılsa da, islah olunmayıb.

 

Tacirənin anası Qənirə Salmanova ifadəsində göstərib ki, qızını 14 yaşında ikən Bayram adlı uzaq qohumlarına ərə verib. Həmin nikahdan iki qız uşağı dünyaya gəlib. Sonradan Bayram işləmək üçün xarici ölkəyə gedib və geri qayıtmayıb. Tacirə isə 18 yaşı olanda bibisi oğlu Teymur Məmmədova qoşularaq qaçıb və onunla qeyri-rəsmi münasibətdə yaşayıb. Birinci ərindən olan övladlarını bacısının himayəsinə verib. İkinci evlilikdən isə 4 uşağı doğulub.

 

Bakıda Teymurla birgə kirayədə yaşayan Tacirə ayrı-ayrı evlərdə xadiməlik edib. Narkotik vasitələrə qurşanan Teymurun işləməməsi və mütəmadi olaraq ondan pul istəməsi aralarında tez-tez mübahisələrin yaranmasına səbəb olub. Bu faktı cütlüyün azyaşlı övladları da təsdiqləyiblər. Elə sonuncu mübahisə də pul üstündə yaranıb.

 

Belə ki, Tacirədən istədiyi məbləğdə pul ala bilməyən Teymur onu çoxsaylı bıçaq zərbəsi ilə öldürüb. Bu zaman onların azyaşlı övladları da evdə olublar. Hətta gördüklərindən dəhşətə gələn uşaqlar qorxudan çarpayının altında gizləniblər. Yalnız ailənin böyük qızı kömək üçün küçəyə qaçıb. Teymur isə hadisə yerindən qaçıb və ertəsi gün könüllü polisə təslim olub.

 

Məhkəmədə ifadə verən Teymur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib və arvadını xəyanətə görə öldürdüyünü deyib. Ancaq məhkəmə belə nəticəyə gəlib ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi Teymur Məmmədov təhrif edilmiş məlumatlar verməklə qanunsuz əməllərinə haqq qazandırmağa və məsuliyyətini yüngülləşdirməyə çalışıb. Belə ki, o, qətlin səbəbi kimi qadının ona xəyanət etməsini göstərsə də, məhkəməyə heç bir inandırıcı sübut təqdim etməyib. Tacirə Salmanovanın əxlaqsız hərəkətlər etməsi cinayət materialları ilə də təkzib olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub və Teymur Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“ABŞ-ın Azərbaycana qarşı yumşalmalarının arxasında bəd niyyət varsa…”

Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

“Revanşist qüvvələr buna maneə olmağa çalışır"

Nə qədər qəribə səslənir: YAS YERİNDƏ YEMƏK...

3 saylı internat məktəbinin direktorundan ŞİKAYƏT VAR

Xalq arasında “duzların yığılması” dediyimiz OSTEOXONDROZ

"İki dövlət bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir"

“Qarabağın Rəngləri” layihəsinin QALA GECƏSİ

Azərbaycana maraq getdikcə daha da artır

Əfv Komissiyasının iclasları başa çatdı

Paşinyan kilsəyə qarşı

Aİ İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRƏCƏK

"Bu cür elanlar mütləq şəkildə araşdırılmalıdır"

"Sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi"

Milli Məclisdən Klod Vislerə CAVAB