ÜMİDLƏ BAXDIĞIMIZ AZƏRBAYCAN

15:52 27-09-2019 | icon 1238 | Köşə
ÜMİDLƏ BAXDIĞIMIZ AZƏRBAYCAN

 VƏ İQBAL AĞAZADƏNİN MİLLİLİYİ

 

İGİD TEYMURLU

 

 

Azərbaycanı İQBAL AĞAZADƏyə ÜMİD etmək istəyənlər həm də düşünürlər ki, "açılan sabaha, günə ümid var: ümid olmayanda yenə ümid var"...


Heç kim Ümid Partiyasının sədri İQBAL AĞAZADƏnin qara qaşına, ala gözünə və elə məndəki kimi tökülən saçlarına aşiq olmayıb. Ama nə yazıq ki, bəzən bu məsələyə münasibətdə elə mövqelər sərgilənir ki, guya kimlərsə İqbal Ağazadə şəxsiyyətini qabartmaqla cəmiyyəti yanlış mövqeyə sürükləyir. Və iddia edirlər ki, hansısa siyasət fərdlərin ətrafında deyil, ideologiya əsasında qurulmalıdır. Amma diqqət edəndə zatən görürsən ki, "İqbal Ağazadə haqqında yazılan yazılar" heç də onun şəxsinin tədqiqinə deyil, birbaşa yürütdüyü siyasətin və bu siyasətin fövqündə qoruyub saxladığı ideolojinin təbliğatı fonundadır. İndi adamlar neyləsinlər ki, İqbal Ağazadənin və onun kimi siyasətçilərin mayası millilikdən yoğrulub, atam, qardaşım!

 

Gərçi sən bu milliliyi görmürsənsə, onda o adamları ittiham etmə, atam, qardaşım!
Kimsə bu mövqeyi heç də İqbal Ağazadəyə yazı həsr edənlərə vəkillik kimi də dəyərləndirməsin. Biri elə Aydın Canıyevin yazdığı yazı. Fərd olaraq mən heç də zənn etmirəm ki, Aydının yazısına münasibətini bildirənlər sırasında öz siyasi savadına görə müəllif onlardan zəifdir. Və bəlkə də əksinə. Elə Aydın demişkən, AMMA VƏ LAKİN, bax elə Aydının yazısında Aydınvari bir söz oyunu var ki, onu irad tutanlar və tərifləyənlərin heç biri tutmayıb. Və mən də heç o Aydınvari söz oyunundan danışmaq istəmirəm...


Mən heç İqbal bəyə də vəkillik etmirəm. Yenə də dediyim kimi heç kim İqbal bəyin ala gözünə, qara qaşına və tökülən saçlarına aşiq olmayıb. Əzizlərim, hər şey nisbətdə götürülürsə və götürülür də. Kimin necə düşünməsindən və kimin necə danışmasından asılı olmayaraq bu gün Azərbaycanın siyasi sferasında öz MİLLİLİYİNƏ GÖRƏ ən öndə gedən siyasətçilərdən biri də İqbal Ağazadədir. Üstəlik İqbal Ağazdə yeganə partiya sədridir ki, siyasi meydandan öncə gücünü və bacarığını opponentlərinə qarşı deyil, bunu erməniyə qarşı hərb meydanında göstərib. Və indi də əməllərilə o Ruhu yaşadır İqbal Ağazadə.

 

Hansı biriniz “torpaqlarımız işğaldan azad olunmadan ölərəmsə haqqınızı mənə halal etməyin” demisiniz, daha doğrusu, demək cəsarətində bulunmusunuz, əfəndilər?  Siz də bu 27 ildə haqqı tapdalanan, haqqı tanınmayan Qarabağ Qazisinə həyan olmusunuz, amma öndə olan kim olub?

 

Sizin də siyasi fəaliyyətinizdə ötən 27 ildə əsas ana xətti işğal altında inləyən məmləkət və məmləkət əhlinin yaşam tərzi, günü, güzəranı olub, amma öndə olan kim olub?

 

Siz də ictimai-siyasi məsələlərə münasibətə tam zamanında və tam obyektiv olaraq mövqeyinizi ortaya qoymusunuz, amma öndə olan kim olub?

 

Bu gün Azərbaycan vətəndaşlarının tam əksəriyyəti elə bilir ki, İqbal Ağazadə hələ də millət vəkilidir, baxmayaraq ki, bu, belə deyil. Adamlar millət vəkili olmanı İqbal Ağazadə formatında görür, öyləsə nədən sizlər də o cərgədə deyilsiniz, əfəndilər. Heç fərqinə vardınızmı? Yetər ki, bu Adamla bircə dəfə söhbətdə bulunun və yetər ki, Onun Milli Məclisdəki çıxışlarının stenoqramlarına baxın...

 

Yetər ki, onun siyasi fəaliyyətinə və qurduğu partiyanın iş prinsipinə diqqət edin, anındaca Onun milliliyini dərk edəcəksiniz...

 

Və gedin başqa partiyaların qərargahlarına, görün nəyin şahidi olacaqsınız....
Savadı, dünyagörüşü, siyasi potensialı, bu mərtəbəyə yüksələn yolda adladığı maneələr, siyasi labirintlərdən çıxma bacarığı, qanunverici orqandakı topladığı iş təcrübəsi, torpağa, yurda. elə, obaya, ədəbiyyatımıza, musiqimizə, tariximizə, dilimizə, dinimizə, və ən əsası dövlətçilik, millətçilik prinsiplərimizə, milli kimliyimizə, bütövlüyümüzə, birliyimizə, həmrəyliyimizə, döyüş ruhumuza bağlılığı deməyə əsas vermirmi ki, AZƏRBAYCANI İQBAL AĞAZADƏYƏ ÜMİD ETMƏK OLAR!?

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI