Pişik anasının cəsədi yanında qalan körpəni xilas etdi

07:36 23-03-2021 | icon 447 | Maraqlı
Pişik anasının cəsədi yanında qalan körpəni xilas etdi

Pişik günlərlə ananın cəsədi yanında qalan körpəni xilas edib.

 

“Moskovski komsomolets”in məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib.

 

Məlum olub ki, qadın ölümündən bir müddət əvvəl qohumlarına uşaqla birlikdə bağ evinə gedəcəyini deyib. Bundan sonra qohumlar bir neçə gün onunla əlaqə saxlaya bilməyiblər, lakin bunu bağ evi olan ərazidə dalğanın pis tutması ilə əlaqələndiriblər.

 

Bir müddət sonra qadının anası qızının mənzilinə getmək qərarına gəlib. Lakin mənzilə girə bilməyib. Geri qayıtmaq istəyərkən içəridən pişiyin miyoltu səsini eşidib. Qızı adətən getdiyi yerə pişiyi də özü ilə apardığı üçün ana şübhələnib və qapını açmaq üçün çilingər çağırıb.

 

Qapı açılarkən mütəxəssis içəridən pis qoxu gəldiyini duyaraq, həkim çağırmağı tövsiyə edib. Ana təcili yardıma zəng vurub. İçəri girəndə isə qızının öldüyünü görüb. Yanındakı bir yaşlı uşaq isə əldən düşmüş halda xəstəxanaya aparılıb.

 

Məlum olub ki, qadın üç gün əvvəl ölüb, uşaq isə bütün bu müddət ərzində ac-susuz qalıb.

 

Hazırda uşağın həyati təhlükəsinin olmadığı bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Qubadlı Şəhəri Günüdür

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR

Əlində qəribə bir şey tapıldı

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Dünyanın ən utancaq insanı

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Prezident bu postu LƏĞV ETDİ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

3 boksçumuz dünya birinciliyində qalib gəldi

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA