"Ermənistan cavabdehlikdən yayına bilməyəcək”
Elxan Şıxəliyev: “Ermənistan törətdiyi bu vandalizm hərəkətlərinə görə cavab verəcək”
“Bu, gələcəkdə Azərbaycanın Ermənistana qarşı atacağı addımlarda əlimizi güclü edəcək. Görünən odur ki, Ermənistan cavabdehlikdən yayına bilməyəcək”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatın Ermənistan hissəsində 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncə və əyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair yaydığı məlumatlara dair açıqlamasında bildirib.
Hərbi ekspert bildirib ki, ABŞ Dövlət Departamenti bu cür bilgiləri öz saytında yerləşdirməklə Ermənistana istər I Qarabağ, eləcə də II Qarabağ müharibəsində Azərbaycan ərazilərində əsir götürülən hərbçilərə, əhaliyə qarşı törədilmiş cinayətlərdən məlumatlı olduğunu çatdırır. Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən bunun arxasında sanksiyaların tətbiq edilməsinə, Azərbaycan tərəfdən Ermənistana qarşı qaldırılacaq iddialara görə kompensassiyaların ödənilməsinə gətirib çıxara bilər:
“Biz gələcəkdə bütün bu faktların hüquq müstəvisində öz əksini tapması üçün bu bilgilərə istinad edə biləcəyik. Çünki bu məlumatları beynəlxalq təşkilatlar əldə edir və ABŞ Dövlət Departamentinin saytında paylaşılır. Bu faktlara əsasən birbaşa Ermənistana əhaliyə, ərazilərimizə, hərbçilərimizə qarşı törədikləri cinayətkar əməllərə dair iddialar qaldırıla bilər. Bunlar reparasiyaya qədər gətirib çıxara biləcək. Çünki Ermənistan istənilən halda ərazilərimizdə törətdiyi bu vandalizm hərəkətlərinə görə cavab verəcək. Təbii ki, bu zamana bağlı məsələdir. Aərbaycanın da bu yöndə çalışmaları mövcuddur”.
E.Şıxəliyev qeyd edib ki, 44 günlük müharibəyə qədər erməni vandalizminin sübutları işğal altındakı ərazilərdə olduğu çün əlimizdə güclü sübutlar yox idi:
“Ancaq torpaqlarımız azad olunandan sonra gedib o yerlərdə kütləvi məzarlıqları araşdırmağa, işğal altındakı rayonlarımızdakı zərəri hesablayıb beynəlxalq təşkilatlarla paylaşmaq imkanımız yaranıb. Azərbaycan ermənilərin törətdiyi dağıntıların, qırğınların həcmini hesablaya bilir və bu da istənilən halda hüquq müstəvisində əlimizi güclü edəcək”. /hafta.az/
SEVDA
Versus.Az
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."