“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”
Cəmaləddin Quliyev: "Hələ ki, rəsmi səviyyədə mövqe ifadə olunmayıb"
“Uzun müddətdir ki, İran antiPaşinyan müxalifəti ilə işləməyə, onları təşkilatlandırmağa çalışır, Rusiyanın bölgədən çəkiləcəyi təqdirdə özünün Ermənistanın əsas hamisi ola biləcəyini sübut etmək istəyir”.
Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Cəmaləddin Quliyev daim bölgəyə yad qüvvələrin gəlməsinin yolverilməzliyi haqqında qırmızı xəttinin olmasından danışan İranın 5 aprel ABŞ, Avropa İttifaqı, Ermənistan rəsmilərinin Brussel görüşünə susqun yanaşması ilə bağlı açıqlamada bildirib.
C.Quliyev İranda zaman-zaman Ermənistanın Qərbə yönəlməsini qınayan müəyyən yazıların olduğunu qeyd edib:
“Amma hələ ki, rəsmi səviyyədə mövqe ifadə olunmayıb. Bunun bir səbəbi də Fransa-İran əlaqələrində, Tehranın Ermənistanla bağlı xoş jestlərinin Paris tərəfindən təqdir edilməsindədir. Belə susqunluq Azərbaycana da imkan verir ki, İsrail və Türkiyə ilə hərbi əməkdaşlığını daha genişləndirsin. Madam ki, İran bölgəyə yad qüvvələrin gəlməsinin yolverilməzliyi haqda qırmızı xəttinin pozulmasına laqeyd qalır, bunun davamına da dözməli olacaq”.
C.Quliyev İsrail səfirliyinin legitim hədəf kimi göstərilməsini isə bu dövlətin beynəlxalq hüquqa münasibətinin göstəricisi olduğunu deyib:
“Təəsüf ki, Sepaha yaxın deputatın təhdid açıqlamasından sonra üzrxahlıq bəyanatları olmadı. Əksinə, bütün dünyada İsrail səfirliklərinin legitim hədəf olması haqqında açıqlamalar verildi. Əminəm ki, Azərbaycan İsrailin müvafiq qurumları bu təhdidin qarşısını almaq üçün kifayət qədər hazırlıqlıdır”.
T.Qafarlı
Xəbər lenti
Beynəlxalq Olimpiya Komitəsinə şikayət HAZIRLANIR
Fransa-2 telekanalının aparıcılarının canlı yayımda...