"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

15:41 12-03-2024 | icon 308 | Siyasət
"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

Razi Nurullayev: "Qərardan sonra bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir"

 

Xəbər verdiyimiz kimi, Nəqliyyatı Əlaqələndirmə Şurası “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib.

 
 
Məsələyə münasibət bildirən deputat Razi Nurullayev bildirib ki, fürsət bilib həmən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşma:
 
 
"“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması qərarını mən də bəyənirəm. Amma nəzərə almaqlazımdır ki, Qərar dünən verilib və sürücülərin çoxu bundan məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər. Hələ dünən Qərar verildiyi halda nədən bu gündən fürsət bilib hamını cərimələyəsən".
 
 
Deputat qeyd edib ki, əslində Qərardan sonra bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir.
 
 
LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

“Qərbin bu addımı müharibə ocaqlarının alovlanmasına xidmət edir”

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR